-
- 7-02-2024, 18:49
- 272
İrəvandan Bakıya mesaj: “Hazırıq, bir problem görmürük”
Sülh prosesinin möhkəmlənməsinə töhfə verəcək istənilən təmaslar alqışlanır.
News24.az Teleqraf.com-a istinadla xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” Partiyasının deputatı Gevorq Papoyan Azərbaycan və Ermənistan spikerlərinin mümkün görüşü ilə bağlı məlumatı şərh edərkən deyib.
“Söhbətin nədən getdiyini bilirəm, bu, Parlamentlərarası İttifaqın çərçivəsindədir. Həmçinin, bildiyimə görə, biz ümumiyyətlə belə bir problem görmürük. Sülh prosesinin möhkəmlənməsinə töhfə verəcək hər hansı bir təmas olarsa, biz bundan yayınmırıq, əksinə alqışlayırıq. Nə olacağına gəlincə, bir az gözləmək lazımdır”, - deputat söyləyib.
Parlamentlərarası İttifaqın baş katibi Martin Çunqonq bundan əvvəl bildirmişdi ki, ittifaqın martda İsveçrədəki növbəti sessiyası çərçivəsində iki ölkənin spikerlərinin görüşünün keçirilməsi planlaşdırılır.