-
- 8-12-2023, 16:27
- 251
Zaxarovadan dəhliz açıqlaması: "hazırıq"
“Rusiya ardıcıl olaraq “hamıya qarşı hamı” prinsipi ilə məhbus mübadiləsi ideyasını təbliğ edir. Bu, qarşılıqlı etimadın möhkəmlənməsinə töhfə verir və 2020-2022-ci illərdə Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında əldə edilmiş üçtərəfli anlaşmalara uyğun olaraq, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinin asanlaşdırılması üçün yeni imkanlar açır”
News24.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
“Biz bundan sonra da nəqliyyat kommunikasiyalarının (və ya dəhlizlərinin) açılması, sərhədin demarkasiyası, sülh müqaviləsinin bağlanması və vətəndaş cəmiyyətləri vasitəsilə təmaslarda mümkün qədər dəstək verməyə hazırıq”, - Zaxarova bildirib.
Ayşən