Əhməd: “Haqqında elə şeylər danışaram ki, bütün ölkəyə biabr olarsan”
    • 19-11-2018, 13:10
    • 1 513

Əhməd: “Haqqında elə şeylər danışaram ki, bütün ölkəyə biabr olarsan”

Müğənni Əhməd Mustafayev bir müddət öncə instagram hesabının oğurlanması ilə bağlı açıqlama edib. 

News24.az-a danışam ifaçı həmin şəxsin həm də onun çörəyinə bais olmaq istədiyini bildirib:

“İnstagram hesabımı oğurlayan adam yəqin ki, sizə də məlumdur. Mənim ad çəkməyimlə heçnə dəyişən deyil. Sübutlarım olmadan nə isə yazıb özümü pərt etməzdim. Mən hətta həmin adamın evinə belə getdim. 

Onu da bildirim ki, hesabım haker tərəfindən ələ keçirilməmişdi. Elə olsaydı cəmi 10 dəqiqəyə hesabımı yox edə bilərdilər. 

Mən 2013-cü ildə həmin adamın nömrəsi ilə sosial şəbəkədə qeydiyyatdan keçmişəm. Şifrəmi unutdum funksiyasından istifadə edəndə həmin nömrəyə bildiriş getdi. Dostum zəng etdi ki, sənə  mesaj olaraq link gəlib və zəhmət olmazsa mənə yolla. Cavabında isə “Yollamıram” dedi. Belə çıxır ki, sən oğrusan. Əgər mənimlə düşmənçilik etmək istəyirsənsə, başlayaq. Haqqında elə şeylər danışaram ki, bütün ölkəyə biabr olarsan. Amma mən belə şeylər etmirəm.

O hətta bu yaxınlarda çörəyimə də bais olmaq istədi. Çıxış etdiyim restoranlardan birinə zəng edib və məni ora çağırmamaqlarını deyib. 

Daha sonra isə restoranın müdiri mən çağırıb “Həmin şəxs kimdirsə ona de özünə hörmət etsin. Ayıbdır axı. Kişi kişinin çörəyin bais olmaz” sözlərini dedi. 

Əgər illərdir çəkdiyin əziyyəti yerə vurursansa, o zaman günahı başqasında axtarmaq lazım deyil”.

Xatırladaq ki, Əhməd Mustafayev bu günlərdə prodüseri olmuş Tural Nəbiyevlə qalmaqallı şəkildə işbirliyinə son qoyub...

Teymur MƏMMƏDOV