ABŞ Senatı bu qanun layihəsini BLOKLADI
    • 8-02-2024, 08:20
    • 251

ABŞ Senatı bu qanun layihəsini BLOKLADI


İsrail və Ukraynaya yardım göstərmək, həmçinin ABŞ-ın cənub sərhədində nəzarəti gücləndirmək üçün kompromis qanun layihəsi ABŞ Senatında keçirilən ilk prosessual səsvermədən keçə bilməyib.

News24.az Publika.az-a istinadla xəbər verir ki, səsvermənin nəticələri qanunverici orqanın yuxarı palatasının saytında yayımlanıb.

Qanun layihəsində Ukraynaya 60,06 milyard dollar, İsrailə 14,1 milyard dollar ayrılması nəzərdə tutulurdu. Sərhəd təhlükəsizliyinin təmin edilməsinə 20,23 milyard dollar ayrılıb.

Bir gün əvvəl ABŞ prezidenti Co Bayden Ukraynaya silah tədarükü və ABŞ sərhədlərinin təhlükəsizliyinə pul ayrılması haqqında qanun layihəsinin Senatda səsverməyə belə keçməyəcəyindən məyus olduğunu bildirib.

Onun çıxışı ABŞ Konqresinin Nümayəndələr Palatasında Respublikaçılar Partiyasının rəhbərliyinin Amerika sərhədlərinin mühafizəsi və Ukraynaya silah tədarükü üçün yeni pulların ayrılması ilə bağlı təklifləri birləşdirən qanun layihəsini rədd etməsindən sonra olub.