Məktəblər arasında respublika çempionatının zona yarışları davam edir
    • 17-04-2019, 14:35
    • 1 274

Məktəblər arasında respublika çempionatının zona yarışları davam edir

Məktəblər arasında respublika çempionatının proqramına uyğun olaraq İsmayılı Olimpiya İdman Kompleksində atletika idman növü üzrə zona yarışı keçirilib.

News24.az xəbər verir ki, Balakən, Zaqatala, Qax, Şəki, Qəbələ, Oğuz, İsmayıllı, Şamaxı, Göyçay, Ağdaş, Ağsu rayonlarının məktəb komandalarının mübarizə apardığı yarışda I yeri Balakən rayonu Şərif kənd, II yeri Qəbələ rayonu Vəndam qəsəbə 1 saylı, III yeri İsmayıllı rayonu Hacıhətəmli kənd tam orta məktəblərin komandaları tutub.

Qaliblər diplomlarla təltif olunub.

Çempionatın əsasnaməsinə uyğun olaraq zona yarışında I və II yeri tutan məktəb komandaları final mərhələsinə vəsiqə qazanıb.
Daha bir zona yarışına şahmat idman növü üzrə Quba rayonu Uşaq-Gənclər İdman-Şahmat Məktəbində start verilib Yarışda Sumqayıt şəhərinin, Xaçmaz, Quba, Qusar, Şabran, Xızı, Qobustan, Abşeron, Qubadlı rayonlarının məktəb komandaları iştirak edir.

Məktəblər arasında respublika çempionatı 26 sentyabr 2018-ci il tarixində Təhsil, Gənclər və İdman Nazirlikləri, Milli Olimpiya Komitəsi, Azərbaycan Məktəb İdmanları Federasiyası tərəfindən imzalanmış birgə əmrə əsasən keçirilir.