Pakistanda partlayış baş verdi: 4 nəfər yaralandı
    • 8-02-2024, 12:08
    • 150

Pakistanda partlayış baş verdi: 4 nəfər yaralandı

Pakistanın Bəlucistan əyalətində partlayış baş verib.

News24.az xəbər verir ki, bu barədə Sinxua agentliyi məlumat yayıb.

Qeyd edək ki, Pakistanın Köhlü rayonunda avtomobilin yaxınlığında partlayış baş verib.

Partlayış nəticəsində dörd nəfər yaralanıb. Hazırda polis hadisə yerindədir, araşdırma aparılır.

Mehriban Mirzəzadə