Hərbi helikopter qəzaya uğradı : 3 nəfər öldü
    • 8-02-2024, 17:30
    • 163

Hərbi helikopter qəzaya uğradı : 3 nəfər öldü

Əlcəzair Hərbi Hava Qüvvələrinə məxsus hərbi helikopter ölkənin mərkəzi hissəsində qəzaya uğradı.

News24.az xəbər verir ki, bu barədə Əlcəzairin “APS” agentliyi məlumat yayıb.

"2024-cü il fevralın 7-də axşam planlaşdırılmış gecə təlimi zamanı Hərbi Hava Qüvvələri komandanlığının hərbi helikopteri Əl-Maniyə hava limanı yaxınlığında qəzaya uğrayıb", - məlumatda qeyd olunub.

Qeyd edək ki, qəza nəticəsində 3 ekipaj üzvü həlak olub.

Qəzanın səbəbləri ilə bağlı araşdırmalara başlanılıb.

Mehriban Mirzəzadə