Putin Kadırovu təltif etdi
    • 8-02-2024, 19:11
    • 211

Putin Kadırovu təltif etdi


Rusiya Prezidenti Vladimir Putin Çeçenistan rəhbəri Ramzan Kadırovu ikinci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edib.

News24.az qafqazinfo-ya  istinadən xəbər verir ki, Rusiya Prezidenti bu barədə müvafiq fərmanı imzalayıb.

Sənədin mətnində deyilir ki, bu mükafat Kadırova "Rusiya dövlətçiliyinin möhkəmlənməsinə, ölkənin müdafiə qabiliyyətinə və Çeçenistan Respublikasının sosial-iqtisadi inkişafına verdiyi böyük töhfəyə görə" verilib.