-
- 8-02-2024, 20:06
- 355
Göyçayda FACİƏ: başı yerə çırpılan azyaşlı öldü
Göyçayda yıxılıb xəsarət alan azyaşlı ölüb.
News24.az xəbər verir ki, hadisə Bığır kəndində baş verib. 7 yaşlı V. Cəlilli yaşadığı evdə yıxılaraq başından xəsarət alıb. O, ailə üzvləri tərəfindən rayon Mərkəzi Xəstəxanasına aparılıb və orada cərrahi əməliyyat olunub.
Lakin görülən tədbirlərə baxmayaraq, azyaşlı xəstəxanada ölüb.
V. Cəlillinin anadangəlmə epilepsiya xəstəliyindən əziyyət çəkdiyi bildirilir.
Araşdırma aparılır.