-
- 2-11-2024, 03:48
- 334
Partlayış baş verdi, yeddi nəfər öldü
Pakistanın cənub-qərbində baş verən partlayış nəticəsində beşi məktəbli qız olmaqla, azı yeddi nəfər ölüb, 23 nəfər yaralanıb.
News24.az "Operativ Məlumat Mərkəzi-OMM"-a istinadla xəbər verir ki, bu barədə "Reuters" polis nümayəndəsinə istinadən məlumat yayıb.
"Partlayış Mastunq şəhərində qızlar məktəbinin yanında park edilmiş motosikletə bərkidilmiş əldəqayırma qurğudan baş verib. Hədəf polis furqonu idi", - məlumatda qeyd edilib.
Bildirilib ki, ölənlər arasında bir polis əməkdaşı da var, zabitlər də daxil olmaqla 23 nəfər yaralanıb.
Qeyd edilib ki, partlayışa görə məsuliyyəti heç bir qruplaşma üzərinə götürməyib.
Pakistanın Baş naziri Şahbaz Şərif bəyanatında bu terror aktını pisləyib.