-
- 8-02-2024, 12:10
- 227
Azərbaycanda əməliyyat olunan uşaq xəstəxanada öldü
Göyçayda 7 yaşlı epilepsiya xəstəsi ölüb.
News24.az Metbuat.az-a istinadla bildirir ki, hadisə rayonun Bığır kəndində baş verib.
2017-ci il təvəllüdlü, anadangəlmə epilepsiya xəstəliyindən əziyyət çəkən Cəlilli Vasif Anar oğlu evlərində yıxılaraq baş nayihəsindən xəsarət alıb. Azyaşlı şok vəziyyətində Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. 7 yaşlı uşaq cərrahi əməliyyatdan sonra dünyasını dəyişib.