Qisas almaq üçün üzünü cıran ayını “kabab” etdi
    • 9-02-2024, 16:23
    • 590

Qisas almaq üçün üzünü cıran ayını “kabab” etdi

6 ay əvvəl İsveçdə ov edərkən ayının hücumuna məruz qalan Evert Sundstrom maraqlı açıqlamaları ilə yenidən gündəmə gəlib.

News24.az bildirir ki, Evert açıqlamasında ov yoldaşlarının həmin ayını parçalara ayıraraq ətini ona göndərdiklərini deyib. Ovçu söyləyib ki, onlar ayı ətindən hətta kabab hazırlayaraq yeyiblər.

Qeyd edək ki, 42 yaşlı ovçu Per Sundstrom və onun 14 yaşlı oğlu Evert Sundstrom ötən ilin avqustunda ayının hücumuna məruz qalıb. Xəstəxanaya çatdırılan Sundstrom üzündən 13 saatlıq əməliyyat olunub.