Tural İbadlıya yüksək vəzifə verildi - FOTO
    • 9-02-2024, 17:02
    • 289

Tural İbadlıya yüksək vəzifə verildi - FOTO

Tanınmış jurnalist Tural İbadlı yeni vəzifəyə təyin olunub.

News24.az bildirir ki, bu barədə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz özünün sosial şəbəkə hesabında paylaşım edib.

"Ötən həftə RİNN tabeliyində fəaliyyət göstərən tənzimləyici qurumun, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin açıqladığı məlumatdakı  bir foto diqqətimi cəlb etmişdi.Müşahidə etmək olurdu ki, İKTA-da yeni təyinat olub.Belə görünür ki, Tural İbadlı İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin ictimaiyyətlə əlaqələr üzrə meneceri təyin edilib.Düşünürəm ki uğurlu təyinatıdr. Tural İbadlı İKT sektorunda yazıları ilə tanınan peşəkar jurnalistlərdəndir. Sektoru və onun problemlərini, maraqlı tərəfləri yaxşı tanıyır. Ümid edirəm və inanıram ki, İKTA üçün və sektor üçün faydalı olacaq. Yeri gəlmişkən, son zamanlarda mediada İKTA haqqında məlumatlara da daha tez-tez rast gəlmək olur".