-
- 9-02-2024, 19:50
- 307
Hakan Fidandan müharibə mesajı
Qəzzada İsrail və HƏMAS arasında baş verən savaş regional yox, bütün dünyaya təsir edəcək müharibədir.
News24.az Teleqraf.com-a istinadla xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan deyib.
“Bu, Qəzzada üçüncü böyük müharibədir, savaş Fələstin ərazisində fasiləsiz olaraq davam edir. 100 gündə 30 minə yaxın günahsız insan heç bir ayrı-seçkilik edilmədən qəsdən qətlə yetirilib. Bundan daha pisi odur ki, xüsusən də Qərb dövlətləri ya susdular, ya da bu qətliamı dəstəklədilər. Bu susqunluq, bu qırğın və soyqırımında iştirak etmək dünyada nizamı kökündən sarsıdan bir gəlişmədir. Ən böyük diqqəti bu məqama yönəldirik.