Salyanda avtomobil maneəyə çırpılıb, ana və övladları xəsarət aldı
    • 2-05-2022, 22:56
    • 329

Salyanda avtomobil maneəyə çırpılıb, ana və övladları xəsarət aldı

Salyan rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Muğan bürosunun məlumatına görə, hadisə Ələt-Astara avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Minik avtomobilinin maneəyə çırpılması nəticəsində 3 nəfər - ana, P.Kazımova və övladları L.Alxaslı və E.Alxaslı xəsarət alıblar.

Yaralılar xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır./Report.az/