-
- 10-02-2024, 15:29
- 793
Bakıdan Moskvaya uçan sərnişin hava limanında ÖLDÜ
Rusiyanın “Aeroflot” aviaşirkətinə məxsus “Su 1857” təyyarəsində Bakı-Moskva reysi ilə uçan sərnişin Şeremetyevo hava limanında ölüb.
News24.az xəbər verir ki, sərnişin tromb tıxanması nəticəsində dünyasını dəyişib.
Bildirilib ki, "Su-1857" təyyarəsi fevralın 6-da axşam saatlarında Bakıdan uçub. Təyyarə enən zaman Yuri Z. adlı sərnişin qəfildən özünü yaxşı hiss etməyib və boğulmağa başlayıb. Daha sonra huşunu itirib.
Məlumata görə, təcili yardım maşını B terminalının 178 saylı dayanacağına gələnə kimi sərnişin artıq ölmüş olub.