İstanbulda törədilən silahlı insidentlə bağlı 12 nəfər saxlanıldı
    • 11-02-2024, 20:10
    • 245

İstanbulda törədilən silahlı insidentlə bağlı 12 nəfər saxlanıldı


İstanbulun Küçükçekmece rayonunda baş verən silahlı insidentlə bağlı 12 nəfər saxlanılıb. Daha yeddi nəfərin saxlanılması istiqamətində işlər davam edir.

News24.az Teleqraf.com-a istinadla xəbər verir ki, bu barədə Türkiyənin ədliyyə naziri Yılmaz Tunç bildirib.

Nazir faktla bağlı araşdırmanın geniş şəkildə davam etdirildiyini deyib.

Xatırladaq ki, hadisə fevralın 10-da Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının İstanbulun üzrə bələdiyyə sədrliyinə namizədi Aziz Yeniayın xalqla görüşü zamanı baş verib. İnsident nəticəsində bir nəfər yaralanıb, hazırda vəziyyəti ağırdır.