-
- 15-10-2022, 23:02
- 233
Türkiyənin səhiyyə naziri: Mədən işçilərindən beşinin vəziyyəti ağırdır
Türkiyənin səhiyyə naziri Fahrettin Koca İstanbulda müalicə alan mədən işçilərini ziyarət edib.
News24.az xəbər verir ki, nazir işçilərin sağlamlıq vəziyyəti ilə bağlı açıqlama verib.
Bildirib ki, İstanbulun Çam və Sakura Şəhər Xəstəxanasına yerləşdirilən altı işçidən beşinin vəziyyəti kritik ağırdır. Onlar süni nəfəs aparatına bağlıdırlar. Bədənlərinin müxtəlif bölgələrində 65-85 faiz aralığında yanıqlar var. İşçilərdən biri İstanbula çatdırılarkən kliniki ölüm keçirib, lakin onu həyata qaytarmaq mümkün olub.
Nazir işçilərin sağlamlıq vəziyyətlərinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən yaxından izlənildiyini deyib.
Xatırladaq ki, oktyabrın 14-də Türkiyənin Bartın vilayətinin Amasra rayonunda yerləşən bir daş-kömür mədənində partlayış baş verib. Hadisə nəticəsində 41 nəfər ölüb.