-
- 11-02-2024, 23:35
- 260
Neftçalada 18 yaşlı gənc dəm qazından boğulub, öldü
Neftçalada dəm qazından boğulma hadisəsi baş verib.
News24.az report.az-a istinadən xəbər verir ki, hadisə şəhərin M. Hadi küşəsində qeydə alınıb.
Belə ki, həmin ünvanda yaşayan 2006-cı il təvəllüdlü İsmayılova Səbinə Ramin qızı hamamda yuyunarkən dəm qazından zəhərlənib.
O, yaxınları tərəfindən Neftçala Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda keçinib.
Faktla bağlı araşdırma aparılır.