Bakıda məktəbli itkin düşdü
    • 12-02-2024, 09:37
    • 112

Bakıda məktəbli itkin düşdü

Bakıda 14 yaşlı məktəbli qız itkin düşüb. 

News24.az Yenisabah.az-a istinadla xəbər verir ki, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, A.Gəraybəyli küçəsi ev 31A, mənzil 1-də yaşayan Kəmalə Həsənova fevralın 10-da Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə müraciət edib.

Bildirib ki, onunla eyni ünvanda yaşayan qızı, 2010-cu il təvəllüdlü, Binəqədi rayonu, 3 saylı tam orta məktəbin 8-ci sinif şagirdi Əsnat Həsənli fevralın 9-da evdən çıxıb geri qayıtmayaraq itkin düşüb. 

Faktla bağlı araşdırma aparılır.