-
- 12-02-2024, 14:58
- 332
Yeni Apple saatlarında kritik xəta! Həll olunacaqmı?
Apple-ın yeni smart saatları Watch Series 9 və Ultra 2 ilə bağlı problemləri heç vaxt bitməyəcək. Massimo tərəfindən açılan iddiaya görə daha əvvəl satışdan çıxarılan modellər bezdirici problemlə gündəmdədir. Buna uyğun olaraq, Apple Watch Series 9 və Ultra 2 modelləri "ghost touch" problemi ilə istifadəçiləri bezdirir.
News24.az xəbər verir ki, ağıllı saat bazarında böyük bir üstünlük əldə edən Apple bu il problemlərlə mübarizə aparır. Sentyabr ayında təqdim edilən Apple ağıllı saat modelləri ilk olaraq ABŞ-da satış qadağasının şoku ilə üzləşdi.
İndi bəzi Apple Watch Series 9 və Ultra 2 istifadəçiləri "ghost touch" problemi ilə bağlı rəy bildirməyə başlayıblar.
Ghost touch, toxunma ekranının ekrana toxunmadan öz-özünə toxunuşu algılaması və reaksiya verməsidir. Bir sözlə, “Apple Watch Series 9” və “Ultra 2” smart saatları istifadəçini ekrana toxunmasa da toxunmuş kimi algılayır.
Apple Watch Series 9 və Ultra 2 modellərində görünən toxunma problemindən neçə istifadəçinin təsirləndiyi hələlik bəlli deyil. Apple səhvdən xəbərdar olduğunu açıqladı. Buna uyğun olaraq Apple problemi həll etməyə çalışır. Bu kritik xətanın mənbəyinin aparat və ya proqram təminatı olduğu açıqlanmayıb. Proqnozlar bunun proqram təminatı ilə əlaqəli olmasıdır. Ancaq o da maraqlıdır ki, problem hər modeldə olmur.
Apple adətən bu cür kritik problemlər üçün bir həll təklif edir. Bununla belə, Apple Watch Series 9 və Ultra 2 ghost touch problemi üçün müvəqqəti həll təklif etmədi. Forumlarda bəzi istifadəçilər Apple Watch Series 9 və Ultra 2 modellərini söndürüb yandırmağı təklif edirlər.
Günel Məlikzadə