-
- 5-09-2023, 13:10
- 253
Smart saat işlədənlərə pis xəbər: "BİR ÇOX XƏSTƏLİKLƏRİ..."
Təqdim edəcəyimiz xəbər smart saat sahiblərinin xoşuna gəlməyəcək.
Smart saatların insan sağlamlığına təsiri ilə bağlı aparılan araşdırmada məlum olub ki, istifadə etdiyimiz ağıllı saatlar 95 %-i xəstəliyə səbəb olacaq bakteriyalar daşıyır.
News24.az xəbər verir ki, bu barədə “Advances in Infectious Diseases” məlumat yayıb.
Florida Atlantik Universitetinin tədqiqat qrupu aparılan araşdırmada müəyyən şərtlər altında infeksiyaya səbəb ola bilən Stafilokok, Enterobakteriya (məsələn, Escherichia coli kimi) və Pseudomonas-ın potensial patogen suşlarını aşkar edib.
Bununla belə, nəticənin istifadə edilən bilərzik növlərinə görə dəyişdiyini vurğulamaqda fayda var.
Rezin və ya plastik bantlar ən çox bakteriyaya malik olub.
Sınanmış metal bantlarda isə (xüsusilə qızıl və gümüş olanlar) demək olar ki, heç bir bakteriyaya rast gəlinməyib.
Florida Atlantik Universitetinin bioloqu Nwadiuto Esiobu deyir ki , "Plastik və rezin qolbaqlar bakteriyaların böyüməsi üçün daha əlverişli mühit təmin edə bilər, çünki məsaməli və statik səthlər bakteriyaları cəlb edir və bakteriyalar tərəfindən koloniyalaşdırılır".
Ayşən