"Sonu ölümlə bitən hal ən çox kişilərdə rast gəlinir"
    • 12-02-2024, 16:01
    • 895

"Sonu ölümlə bitən hal ən çox kişilərdə rast gəlinir"

Statiskaya görə ən çox qadınlar özünəqəsd etmək istəsə də, sonu ölümlə bitən hal ən çox kişilərdə rast gəlinir. 

Bu sözləri News24.az-a açıqlamasında psixoloq Samirə Bağırova deyib. O bildirib ki, intihar düşüncəsi hazırda ən çox yeniyetmə və gənclərin beynində dolaşır:

“ “İntihar tipli adam” deyə söz yoxdur. Belə bir davranış varsa bu manipulyasiyadır, əsasən qadınların üsyan edərkən özünəqəsd nümayişi. Çünk intihar edən şəxs əksinə hər kəslə mehriban, heç nə olmamış kimi rəftar edir, artıq beynində qəti bir  qərar verir və heç bir şübhə yaratmaq istəmir ki, onu kimsə fikrindən döndərməsin. Bu da bir seçimdir. İnsanın özünə qapandığı düşüncəsində mübarizə, təhlil gedir və inamsızlıq duyğusu seçim edərək, qərar verir. İntihar edən şəxsi həyata və kiməsə bağlayacaq heç bir hissi qalmır. Ən önəmli hiss inam hissi ölür. Və  apatiyada olan insanlar da əsasən, təhlükəli hesab olunurlar. Həm çevrə üçün, həm özü üçün. Depressiyanın ağır növüdür apatiya. Tamamilə səssiz, sakit davranış ardından kimisə, yaxud özünü öldürə bilər. Hətta kütləvi şəkildə də insanları öldürə bilər. Bütün hisslər sıfırlanır, yalnız intiqam hissi idarə edir. Və bu hiss ilk olaraq incikliklər toplusundan başlayar". 

Psixoloq həmçinin onu da qeyd edib ki, intiharın müxtəlif növləri var:

“İnsan necə bir ölüm seçirsə özünə, intiharın səbəbini seçdiyi ölüm növündən də bilmək olur. Özünü hündür mərtəbədən atanların əksəriyyəti başqalarını cəzalandırmaq məqsədi ilə seçir bu növü. Zamanla intiharların sayı artacaq. Çünki müasir insan çox rahat bir dünyada doğulduğu üçün, fiziki deyil, yalnız beyinə yüklənmə olur. Fiziki hərəkət olmadıqca depressiya, özünə qapanma, inamsızlıq xülasə, bütün neqativ düşüncələr beyində qalır. Hərəkət beyin üçün, həyat üçün təkandır”.

Mehriban Mirzəzadə