Ən az yanacaq sərfiyyatı edən avtomobillər! - SİYAHI
    • 12-02-2024, 17:21
    • 441

Ən az yanacaq sərfiyyatı edən avtomobillər! - SİYAHI

Yanacağın qiyməti günü-gündən artır. İstər yaxın, istərsə də uzaq məsafədə avtomobillər üçün benzinlə təmin etmək kifayət qədər çətinləşir. Bu vəziyyətlə üzləşən istifadəçilər ya LPG quraşdırmağı, ya da daha az həcmli mühərrikli avtomobilləri almağı seçirlər.

News24.az xəbər verir ki, istifadəçilər ümumiyyətlə az həcmli və az yanacaq sərfiyyatı edən avtomobillərə üstünlük verirlər. Bazarda ən az yanacaq sərfiyyatı olan avtomobilləri sizin üçün sadaladıq.

Siyahımızdakı bütün istehlak məlumatları istehsalçı tərəfindən verilmiş məlumatlardır.

Siyahımızın başında İtaliya avtomobil sənayesinin əsl nümayəndəsi dayanır. İllərdir ənənə halını alan və rəsmi olaraq İtaliya ilə eyniləşdirilən Fiat 500 siyahıda ən az istehlak edilən avtomobildir. Fiat 500-ün 0,9 həcmli 8V TwinAir Start&Stop 86 Hp aqreqatı 3,8 litr qarışıq istehlak ilə taxt-tac tutur.

İkinci yerdə əslən Çexiyadan olan alman brendi qərarlaşıb. Skoda-nın Citigo modeli 1.0 Green tec ASG 60 Hp mühərriki ilə 2-ci yeri tutur. Citigo qarışıq istehlakda 100 kilometrə cəmi 4 litr yanmaqla böyük şəhərlər üçün xüsusilə uyğun olduğunu sübut edir.

Tam siyahı aşağıdakı kimidir:

  1. Suzuki Baleno 1.2 Dualjet SHVS (90 at gücü): 4,0  lt/100km
  2. Mitsubishi Space Star 1.0 ClearTec (71 at gücü): 4,0  lt/100km
  3. Peugeot 308 PureTech Stop&Start (110 at gücü): 4,0  lt/100km
  4. Lancia Ypsilon 0.9 TwinAir Turbo 8v Start&Stop DFN-Sistem (85 at gücü): 4,1  lt/100km
  5. Smart fortwo kupe 0,9 turbo tvinamic (90 at gücü): 4,1  lt/100km
  6. Citroen C3 PureTech e-VTi ETG (82 at gücü): 4,1  lt/100km
  7. Volkswagen Polo 1.0 TSI BlueMotion (95 at gücü): 4,1  lt/100km
  8. Opel Astra 1.0 DI Turbo ecoFlex Start&Stop Easytronic (105 at gücü): 4,1  lt/100km
  9. Mitsubishi Space Star 1.2 ClearTec CVT (80 at gücü): 4,1  lt/100km
  10. Fiat Panda 0.9 8V Twinair Turbo Start&Stop (85 at gücü): 4,2  lt/100km
  11. Fiat Punto 0.9 8V Twinair Start&Stop (84 at gücü): 4.2  lt/100km
  12. Suzuki Baleno 1.2 Dualjet (90 at gücü): 4,2  lt/100km
  13. Kia Picanto 1.0 ISG (67 at gücü): 4,2  lt/100km
  14. Ford Fiesta 1.0 Start/Stop (65 hp): 4,3  lt/100km

Günel Məlikzadə