Rusiya hərbçiləri Suriyada TƏLİM KEÇİR - VİDEO
    • 12-02-2024, 18:22
    • 192

Rusiya hərbçiləri Suriyada TƏLİM KEÇİR - VİDEO

Rusiya hərbçiləri Suriyada adı çəkilən ölkədən olan muzdlularla birgə təlim keçir. 

RTV-nin “UNIAN”a istinadən xəbərinə görə, bu barədə Ukraynanın Kəşfiyyat Xidməti məlumat yayıb. 

Bildirilib ki, hərbi təlimlər “Hizbullah” terror təşkilatının düşərgələrində təşkil olunub. 

Hərbi qulluqçular əsasən pilotsuz uçuş aparatlarından istifadənin sirlərini öyrənir. 

Təlimlərə “Hizbullah”ın komandirlərindən biri rəhbərlik edir.

Fərid Azəri