-
- 24-10-2023, 22:49
- 206
ABŞ hərbçiləri bu ölkədə təlimlərə BAŞLAYIR
Moldova və ABŞ hərbçiləri oktyabrın 25-dən 30-dək birgə “Aurochs Partner” təlimləri keçirəcək.
News24.az xəbər verir ki, bu barədə Moldova Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
ABŞ ordusunun 200-dən çox hərbi qulluqçusu manevrlərdə iştirak edəcək. Onlar Moldovanın Floresti, Falesti və Balti şəhərlərində paraşütlə tullanmalar həyata keçirəcəklər.
Təlimlərə NATO-nun "C-17 Globemaster" hərbi-nəqliyyat təyyarəsi də cəlb olunacaq.
Bu il Moldovada 7 hərbi təlim keçirilib, onların bəziləri Rusiya sülhməramlılarının Dnestryanıda müşahidə zonası yaxınlığında baş tutub.