Ərəblər ukraynalı idmançını küçədə öldürdülər
    • 12-02-2024, 23:36
    • 352

Ərəblər ukraynalı idmançını küçədə öldürdülər


Ukraynalı basketbolçu Almaniyada ərəblər tərəfindən bıçaqlanaraq öldürülüb.

News24.az Lent.az-a istinadla xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb. Bildirilir ki, idmançı ukraynalı olduğu üçün öldürülüb.

Şahidlərin sözlərinə görə, küçədə Vladimir Ermakov və onun dostu ərəblərin hücumuna məruz qalıb. İdmançı və dostu Ukrayna haqqında şüar səsləndirib. Sonra ərəblər onları bıçaqla vurmağa başlayıblar.

Nəticədə V. Ermakov aldığı xəsarətlərdən ölüb. Onun dostu isə reanimasiyadadır.