-
- 11-01-2023, 11:45
- 274
Zelenski 4 ukraynalı siyasətçini vətəndaşlıqdan çıxardı, onları “satqın” adlandırdı
Ukrayna prezidenti Vladimir Zelenski Türkiyənin vasitəçilik cəhdləri fonunda Rusiyaya göndərilən ukraynalı siyasətçi Viktor Medvedçukun da olduğu 4 rusiyapərəst siyasətçini vətəndaşlıqdan məhrum edib.
News24.az xəbər verir ki, Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Viktor Medvedçuk ötən ilin aprelində vətənə xəyanət ittihamı ilə Ukrayna kəşfiyyatı tərəfindən saxlanılıb.
Rusiya prezidenti Vladimir Putinə yaxınlığı ilə tanınan Medvedçuk ötən ilin sentyabrında Türkiyənin Rusiya ilə Ukrayna arasında məhbus mübadiləsinə vasitəçilik etməsindən sonra Rusiyaya göndərilib.
Vladimir Putinin Medvedçukun qızlarından biri olan Dariyanın xaç atası olduğu iddia edilir.
Ukrayna prezidenti Vladimir Zelenski Rusiyayönlü müxalifət siyasətçiləri Andrey Derkaç, Taras Kozak, Renat Kuzmin və Viktor Medvedçukun vətəndaşlıqdan məhrum edildiyini açıqlayıb. Bu istiqamətdə fərman imzalayan Zelenski açıqlamasında bu fikirlərə yer verib: “Xalqın seçdiyi insanlar Ukrayna xalqına yox, qatillərə xidmət edirsə, o zaman lazımi qərarlar veriləcək. Bu, son deyil”. /CNN Türk/