Aİ 5 ölkəyə Rusiya ilə ticarətini məhdudlaşdırılmasını təklif edib
    • 13-02-2024, 09:27
    • 283

Aİ 5 ölkəyə Rusiya ilə ticarətini məhdudlaşdırılmasını təklif edib

Aİ Çin və Türkiyə şirkətləri də daxil olmaqla 5 ölkədən 24 şirkətə Rusiya ilə ticarət məhdudiyyətləri təklif edib.

News24.az xəbər verir ki, təklif qəbul olunarsa, bu, Aİ-nin Rusiya-Ukrayna müharibəsi başlayandan bəri ilk dəfə Çin şirkətlərinə qarşı sanksiyalar tətbiq etməsi olacaq.

Aİ-nin siyahısında Türkiyə, Serbiya, Hindistan və Honq-Konqdan da bəzi şirkətlərin olduğu bildirilir.

Aİ daha əvvəl bəzi Çin şirkətlərinin məhdudlaşdırılması təklifi ilə çıxış etmişdi, lakin bəzi üzv ölkələrin müqaviməti səbəbindən təklif qəbul edilməmişdi. Aİ-nin sanksiyaları bütün üzv dövlətlərin təsdiqini tələb edir.

Sənədə əsasən, xüsusilə elektronika və texnologiya şirkətləri “Rusiya ordusuna və Rusiyanın müdafiə və təhlükəsizlik sektorunun inkişafına” kömək etməkdə ittiham olunur.

Aİ-nin mühüm ticarət tərəfdaşlarından biri olan Çinə qoyulan məhdudiyyətlər ticarət baxımından kritik əhəmiyyət kəsb edir.

Günel Məlikzadə