-
- 13-11-2019, 12:44
- 726
Trampdan Ərdoğana 100 milyard dollarlıq TƏKLİF
ABŞ Prezidenti Donald Tramp, Türkiyə lideri Tayyib Ərdoğana ölkə üçün əlverişli şərtlərlə 100 milyard dollarlıq sövdələşmə, həmçinin Vaşinqtonun Rusiyanın S-400 zenit-raket sistemlərinin alınması ilə əlaqədar Ankaraya qarşı tətbiq etdiyi sanksiyalar ətrafında vəziyyətin həllində kömək təklif edib.
News24.az "Vaşinqton Post"a istinadən xəbər verir ki, Vaşinqton administrasiyasındakı mənbələrə görə, Tramp Ərdoğana ötən həftə ABŞ-Türkiyə münasibətlərinin yaxşılaşdırılmasına xidmət etməli olan bu təklifləri özündə əks etdirən bir məktub göndərib.
ABŞ indi Rusiya silahlarının Amerika "F-35" hava hücumundan müdafiə sistemlərinin rabitə və müdafiə vasitələrinə daxil ola bilməməsi üçün istifadəyə verilməməsini təkid edir. Belə olduğu halda Türkiyə "F-35" çox rollu qırıcı proqramına qayıtmaq və sanksiyalardan yayınmaq imkanı əldə edəcək.
Amerikalı millət vəkilləri, çox sayda konqresmen və senatorun "Amerika əleyhdarlarının sanksiyalar yolu ilə qarşılanması haqqında" qanuna əsasən Ankaraya qarşı məhdudiyyət tətbiq edilməsinin tərəfdarı olduqları üçün ABŞ prezidentinin bu təkliflərini tənqid edə bilər.