Məhv edilmiş erməni hərbçilər bu birliyin üzvü olub
    • 13-02-2024, 12:06
    • 393

Məhv edilmiş erməni hərbçilər bu birliyin üzvü olub

Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) bölmələri Ermənistanla sərhəddə keçirilən “qisas əməliyyatı” zamanı məhv edilmiş iki erməni hərbçinin kimliyi məlum olub.

News24.az xəbər verir ki, bu barədə ArmLur.am məlumat yayıb.

Məlumata görə, məhv edilmiş iki erməni hərbçi "Yerkhapah" Könüllülər Birliyinin üzvləridir.

Xatırladaq ki, fevralın 12-də Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən açılan atəş nəticəsində azərbaycanlı hərbi qulluqçu yaralanıb. Dövlət Sərhəd Xidmətinin (DSX) bölmələri fevralın 13-də Ermənistan Silahlı Qüvvələrinin dünən törətdikləri təxribata cavab olaraq “Qisas əməliyyatı” keçirib.

Qumral