-
- 13-02-2024, 12:47
- 497
SON DƏQİQƏ! Ermənistanın itkiləri ARTDI
Azərbaycan-Ermənistan sərhədində baş verən atışma nəticəsində Ermənistanın 4 hərbçisi ölüb, 1 nəfər isə yaralanıb.
News24.az "Hraparak"-a istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin Müdafiə və milli təhlükəsizlik komissiyasının sədri Andranik Köçəryan məlumat verib.
Qeyd edək ki, fevralın 12-də Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən açılan atəş nəticəsində azərbaycanlı hərbi qulluqçu yaralanıb. Dövlət Sərhəd Xidmətinin (DSX) bölmələri fevralın 13-də Ermənistan Silahlı Qüvvələrinin dünən törətdikləri təxribata cavab olaraq “Qisas əməliyyatı” keçirib.
Qumral