İsrail Qəzza zolağında çadır şəhərcikləri yaradır
    • 13-02-2024, 17:00
    • 146

İsrail Qəzza zolağında çadır şəhərcikləri yaradır

İsrail hakimiyyəti ABŞ və Körfəz ölkələri tərəfindən maliyyələşdiriləcək təxliyə planının bir hissəsi olaraq Qəzza zolağında çadır düşərgələri yaratmağı təklif edib.

News24.az xəbər verir ki, bu barədə Amerika mediası məlumat yayıb.

“İsrail ABŞ və onun Körfəzdəki tərəfdaşları tərəfindən maliyyələşdiriləcək təxliyə planının bir hissəsi kimi Qəzzada nəhəng çadır şəhərcikləri yaratmağı təklif edir” , - məlumatda qeyd olunub.

Məlumata görə, İsrail hər biri 25 min çadırdan ibarət 15 çadır şəhərciyi yaratmağı təklif edir, Misir isə onların formalaşmasına cavabdeh olacaq. 

Xatırladaq ki, İsrail hərbçilərinin Qəzza zolağının cənubunda yerləşən Rəfah şəhərinə hücumu zamanı 100 nəfər həlak olub , 230-dan çox insan yaralanıb. İsrail Müdafiə Qüvvələri Rəfah şəhərinin Əl-Şəbura məhəlləsində bir sıra hədəflərə hücum edib.

Mehriban Mirəzadə