-
- 13-02-2024, 17:47
- 223
İlon Mask Twitter-i bu səbəbdən alıb
Keçən il İlon Mask öz təcrübəsindən tamamilə kənar görünən "Twitter" platformasını 44 milyard dollara satın aldı. Çoxlarının təəccübünə səbəb olan bu hərəkətin əsl səbəbi bir müddət əvvəl üzə çıxıb.
News24.az xəbər verir ki, Kurt Wagner's Battle for the Bird-ə görə, Mask Twitter-in keçmiş baş direktoru Paraq Aqravaldan şəxsi təyyarəsini izləyən istifadəçinin hesabını bağlamağı xahiş edib və Aqraval bundan imtina edib.
Yenə kitabdakı məlumata görə, aldığı rədd cavabı ilə hiddətlənən Mask bu hadisədən qısa müddət sonra böyük miqdarda "Twitter" hissəsi almağa başlayıb. 3 ay kimi qısa müddət ərzində şirkətin təxminən 10%-nin satın aldı. Məşhur sahibkar daha sonra Twitter-i tamamilə almağa çalışıb və oktyabr ayında bu məqsədinə nail olub.
Bu alışdan sonra Mask ifadə azadlığına böyük əhəmiyyət verdiyini və bu səbəbdən şəxsi təyyarəsini izləyən istifadəçiyə qadağa qoymayacağını bildirib. Cəmi 1 ay sonra Mask dediyinin tam əksini edib və həmin istifadəçinin hesabını bağlayıb.
Günel Məlikzadə