İstirahət mərkəzinin hovuzunda dəhşətli hadisə: Ölən var
    • 6-08-2022, 12:55
    • 498

İstirahət mərkəzinin hovuzunda dəhşətli hadisə: Ölən var

Bakıda istirahət mərkəzinin hovuzunda ölüm hadisəsi baş verib.

News24.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, dünən Səbail rayonu Şıx qəsəbəsində yerləşən “Dostluq” istirahət mərkəzinin hovuzunda paytaxt sakini, 32 yaşlı Pərviz Kazım oğlu Sultanov boğularaq ölüb.

Yaxınlıqdakı şəxslər gəncin hovuzda batdığını görüblər. P.Sultanov sudan çıxarıldıqda onun artıq öldüyü məlum olub.

İlkin araşdırmalar zamanı P.Sultanovun epilepsiya xəstəsi olduğu müəyyənləşib və qıcolma səbəbindən suda batdığı bildirilib.

Araşdırmalar davam etdirilir.