Bakıda Türkiyə vətəndaşı və arvadı dəm qazından boğuldu
    • 13-02-2024, 21:59
    • 253

Bakıda Türkiyə vətəndaşı və arvadı dəm qazından boğuldu


Yasamalda meyiti tapılan ər-arvadla bağlı bəz təfərrüatlar məlum olub.

News24.az-ın əldə etdiyi məlumata görə, Alatava adlanan ərazidə Türkiyə vətəndaşı 1950-ci il təvəllüdlü Mehmet Ulaş və Azərbaycan vətəndaşı olan həyat yoldaşı 1970-ci il təvəllüdlü Aidə Ulaşdan yaxınları bir neçə həftədir xəbər ala bilməyiblər.

Bununla bağlı ailənin yaxınları hüquq-mühafizə orqanlarına müraciət edib .

Onların yaşadığı evin qapısı qırılaraq içəri daxil olunub. Məlum olub ki, ər-arvad dəm qazından boğulublar. Meyitlər evdən çıxarılaraq adiyyatı üzrə təhvil verilib.

Meyitlər üzərində aparılan müayinə zamanı hər hansı bir xəsarət aşkarlanmayıb.

Faktla bağlı araşdırma aparılır./lent