Bakıda 21 yaşlı oğlan və 28 yaşlı qız dəm qazından boğuldu
    • 24-12-2021, 11:23
    • 524

Bakıda 21 yaşlı oğlan və 28 yaşlı qız dəm qazından boğuldu

Bakıda daha iki nəfər dəm qazından boğularaq ölüb.

News24.az xəbər verir ki, paytaxtın Yasamal rayonu ərazisində 2000-ci il təvəllüdlü Heydər Heydərzadə yaşadığı evin hamamında dəm qazından boğulub.

Bundan başqa, Yasamal rayonu 1-ci Alatava yaşayış massivində yaşayan 1993-cü il təvəllüdlü Aysel Məmmədli yaşadığı mənzildə dəm qazından boğularaq ölüb.

Hər iki faktla bağlı araşdırma aparılır. /Apa.az/