Bakıda gənc oğlanı avtomobil vuraraq ağır xəsarət yetirib
    • 14-02-2024, 08:11
    • 440

Bakıda gənc oğlanı avtomobil vuraraq ağır xəsarət yetirib


Bakının Nizami rayonunda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

News24.az report-a istinadən xəbər verir ki, avtomobil yolu keçən 1994-cü il təvəllüdlü Dəmirov Kamran Bayram oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona müştərək travma və açıq kəllə-beyin travması diaqnozları qoyulub. Hadisənin təfərrüatı araşdırılır.