-
- 14-02-2024, 20:42
- 654
Polis əməliyyat zamanı həmkarını GÜLLƏLƏDİ
Rusiyanın Orexovo-Zuyevo şəhərində əməliyyat zaman polis həmkarını təsadüfən güllələyib.
News24.az Lent.az-a istinadla bildirir ki, hadisə 2023-cü il iyunun 28-də baş verib. Burada keçirilən əməliyyat zamanı quldurlar atəş açıblar. Atışma zamanı iki polis əməkdaşı yaralanıb, onlardan biri sağ qalmayıb.
Tezliklə cinayətkarlar saxlanılıb. Onlar bir qrup şəxs tərəfindən pul tələb etməkdə və hüquq-mühafizə orqanı əməkdaşının həyatına qəsd etməkdə ittiham olunublar.
Sonradan araşdırma zamanı məlum olub ki, polis əməkdaşlarından birini ölümcül yaralayan güllə onun həmkarının tapançasından çıxıb və ehtiyatsızlıqdan qətliam faktı ayrıca icraata ayrılıb. Silah sahibinin işdə şübhəli olub-olmadığı göstərilmir.