Super Bowl şənliyinə hücum: Ölən və yaralanlar var - FOTO
    • 15-02-2024, 09:30
    • 162

Super Bowl şənliyinə hücum: Ölən və yaralanlar var - FOTO

ABŞ-ın Kanzas ştatında keçirilən Super Bowl Çempionatı şənliyindən sonra atəş açılıb. 

News24.az xəbər verir ki, hadisə nəticəsində 1 nəfərin öldüyü, 21 nəfərin yaralandığı açıqlanıb.

Yaralılardan 8-nin vəziyyətinin ağır olduğu bildirilib.

Hücumla bağlı istintaq davam edərkən, 3 nəfərin nəzarətə alındığı paylaşılıb.

Günel Məlikzadə