-
- 15-02-2024, 18:10
- 454
Mərhum Xalq artistinin həyat yoldaşı insult keçirdi, vəziyyəti ağırdır
Mərhum Xalq artisti Arif Quliyevin həyat yoldaşının səhhəti ağırlaşıb.
News24.az Qaynarinfo-ya istinadla bildirir ki, aktyorun Gülzar Quliyeva insult keçirib. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Məsələ ilə bağlı aktyorun həyat yoldaşı ilə əlaqə saxladıq. Gülzar Quliyeva məlumatı təsdiqlədi:
"Bir həftədir vəziyyətim pisdir. Yeriyə bilmirəm, yataqdayam. Bilmirəm necə olacam".
Qeyd edək ki, Arif Quliyev 70 yaşında koronavirusdan dünyasını dəyişib. O, "Qurd qapısı" qəbiristanlığında dəfn edilib.