Mədəniyyət Nazirliyi: "Arif Quliyevin dəfn məsələləri ilə bağlı müvafiq köməklik göstəriləcək"
    • 7-05-2021, 12:29
    • 597

Mədəniyyət Nazirliyi: "Arif Quliyevin dəfn məsələləri ilə bağlı müvafiq köməklik göstəriləcək"

Mədəniyyət Nazirliyi xalq artisti Arif Quliyevin vəfatından dolayı başsağlığı verib. 

Nazirlikdən News24.az-a verilən məlumatda deyilir: 

"Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tanınmış teatr və kino aktyoru, Xalq artisti Arif Quliyevin vəfatından kədərləndiyini bildirir, ailəsi və yaxınlarına başsağlığı verir.

Dəfn ilə bağlı məsələlərə nazirlik tərəfindən müvafiq köməklik göstəriləcəyini bildiririk.
Xalq artisti Arif Quliyev "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq.

Allah rəhmət eləsin!

Sevda Bayramova