-
- 15-02-2024, 22:44
- 540
Baş Prokurordan DƏHŞƏTLİ qətllə bağlı ilk açıqlama gəldi
Fevralın 13-də 5 ailə üzvünün qətlə yetirilməsi faktının ciddi istintaqı aparılır.
News24.az Milli.Az-a istinadla xəbər verir ki, bunu REAL TV-yə açıqlamasında Baş Prokuror Kamran Əliyev deyib.
"Bu, dəhşətli hadisədir. Bu da həqiqətən bizi çox narahat edir. Düzdür, cinayət işi açılıb, şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Amma bizi burada daha çox maraqlandıran bu hadisənin baş verməsinin səbəbləri və şəraitidir. Tərəfimdən tapşırıq verilib, bizim istintaq orqanları, prokurorluq hadisənin nə üçün baş verdiyini araşdırır", - o qeyd edib.
Kamran Əliyev vurğulayıb ki, belə şəxsin azadlıqda olması cəmiyyətimiz üçün təhlükəlidir, təhdiddir:
"Bunun səbəbləri tərəfimizdən çox ciddi araşdırılacaq. Bununla bağlı biz aidiyyatı qurumlar qarşısında təkliflər hazırlayacağıq. Artıq mənim gördüyüm, hiss etdiyim odur ki, burada müəyyən boşluqlar olubdur".
Baş Prokurorluqdan bildirilib ki, fevralın 13-də bir ailənin 5 nəfər ailə üzvünün qəsdən öldürülməsi faktı üzrə Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4 və 120.2.7-ci maddələri ilə istintaq olunan cinayət işi üzrə cinayət əməlini törətməkdə şübhəli bilinən 1999-cu il Əhməd Əhmədov həmin maddələrlə təqsirləndirilən şəxs qismində cəlb edilib, müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında onun barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.