Aktyoru “mavi” hesab edib döydülər
    • 15-02-2024, 23:46
    • 351

Aktyoru “mavi” hesab edib döydülər


Moskvada rusiyalı aktyor və model Andrey Pakalov xarici görünüşünə görə döyülüb. 

News24.az Lent.az-a istinadən xəbərinə görə, sənətçi canavar, tülkü və qunduz dərisindən tikilmiş xəz kürkü çiyninə ataraq binanın girişində siqaret çəkməyə çıxıb. 

Pakalovun xarici görkəmini bəyənməyən bir nəfər  onun yanından keçərkən dönüb baxıb və təhqir edib. O, aktyoru LGBT fəalı hesab edərək döyməyə başlayıb.

Naməlum şəxs sənətçinin üzünə kəllə atıb və burnunu sındırıb. Pakalov klinikaya müraciət edib və ona beyin silkələnməsi, burnunun əzilməsi və ön dişlərinin sınması diaqnozu qoyulub.