Mehriban Zeynalova: “Daha çox insan qəbul etmək imkanlarımız məhdudlaşır” - VİDEO
    • 18-04-2019, 15:28
    • 1 325

Mehriban Zeynalova: “Daha çox insan qəbul etmək imkanlarımız məhdudlaşır” - VİDEO

Hər kəsin sığınacaq kimi müraciət etdiyi “Təmiz Dünya” Qadınlara Yardım ictimai birliyinin sədri Mehriban Zeynalova ictimaiyyətə müraciət edib.

Bu haqda News24.az-a danışan ictimai birliyin sədri qeyd edib ki, sığınacağa müraciət edənlərin sayı çox olduğundan yaşadıqları mənzildə onlara yer ayıra bilmirlər: “Bu gün çox yaxşı bir insanın köməyi nəticəsində biz burada fəaliyyətimizi davam etdiririk. Hər gün hiss edirik ki, həm standartlara uyğun, həm da daha geniş yerə ehtiyac var. Daha çox insanı qəbul etmək imkanlarımız məhdudlaşır. Gün ərzində bir neçə adam zəng vurur ki, bizi qəbul edin. Bəzi hallarda çarəsiz qalırıq. Birinin reabilitasiyası, işlərinin tamamlanması 1 ilə qədər uzana bilir. Bu evi kirayə götürməmişik, bir nəfər buranı bizə müqavilə ilə təmənnasız verib. Müqavilənin müddəti bitib, yəni bu onun evidir. Təbii ki, o bizə heç bir söz demir, amma davamlı, dayanıqlı işləmək və tam sığortalanmaq istəyirik”.

Afaq MİRAYİQ