"Göydə uçan taksilər kəşf edilir" -  Siyavuş Novruzov
    • 16-02-2024, 12:21
    • 255

"Göydə uçan taksilər kəşf edilir" - Siyavuş Novruzov

“Bakıda yolların avtobus, velosiped üçün ayrılmasının darısqal yollarda idarəetmə problemləri yaradır".

News24.az-ın xəbərinə görə,  bunu parlamentin  plenar iclasında çıxışı zamanı Siyavuş Novruzov deyib. 

O bildirib ki, avtobus üçün ayrılan zolaq boş olduqda oradan minik avtomobillərin istifadəsinə şərait yaradılmalıdır. 

“Tramvayların çəkilməsi ilə bağlı məsələ də qaldırılır. İrəli baxmaq lazımdır. Yaponiyada, BƏƏ-də göydə uçan taksilər kəşf edilir. Görəcəyik ki, gələcəkdə başqa ölkələrdə səmada uçan taksilər fəaliyyət göstərir. Odur ki, yeraltı nəqliyyatın inkişafına diqqət etmək lazımdır. Ödənişli yollarda özbaşınalıq edənlərə heç olmasa 15 gün küçə süpürtmək lazımdır. Biri 200-lə sürür özünü çəkir, biri xuliqanlıq edir və s. İctimai qınaq olmalıdır. Neçə-neçə ailələrin taleyi bunlardan asılı olur”. 

Fərid Azəri