Vəhşi it uşaqlara hücum etdi - Video
    • 16-02-2024, 12:50
    • 133

Vəhşi it uşaqlara hücum etdi - Video

İrkutskda sahibinin gəzintiyə buraxdığı ev itinin hücumu nəticəsində məktəbli yaralanıb.

News24.az xəbər verir ki, bu barədə “Vesti.ru” məlumat yayıb.

Qeyd edək ki, hadisə fevralın 13-də günorta saatlarında Rusiyanın İrkutsk vilayətində Kuybışevski rayonunda baş verib. Sosial şəbəkələrdə yayılan videogörüntülərdə üç məktəblinin yol boyu sakitcə getdiyi görünür. Huski qəfil peyda olur və itdən qaçmaq istəyən uşağa hücum edir. 

Bildirilir ki, vəhşi it uşağı qarın üstünə atıb və oğlanın yanağını, qolunu dişləyib.

Məlum olub ki, it yerli sakinə məxsus olan it küçəyə təkbaşına buraxılıb. Həmin şəxsə itini icazəsiz gəzdirməyin yolverilməzliyi ilə bağlı xəbərdarlıq edilib.

İstintaq Komitəsinin regional İstintaq Komitəsi hadisə ilə bağlı araşdırmalara başlayıb.

Mehriban Mirzəzadə