"Joker 2" filmindən yeni görüntülər gəldi
    • 16-02-2024, 17:26
    • 208

"Joker 2" filmindən yeni görüntülər gəldi

DC kainatının ikonik canisi Cokerə fokuslanan "Joker" filmi 2019-cu ildə tamaşaçılarla görüşdü. Joaquin Phoenix-in gözlənilmədən personaj şərhi ona Oskar qazandırdı və filmin 1 milyard dollardan çox gəlir əldə etməsinə yol açdı. Təbii ki, belə uğurlu işin davamı mütləqdir. Bu çərçivədə aktyor heyətində Ledi Qaqa kimi adların yer aldığı Joker: Folie à Deux üçün uzun müddətdir iş gedir. Nəhayət, Joker 2 filmindən yeni görüntülər gəldi.

News24.az xəbər verir ki, 2019-cu ildə ilk istehsalı olan filmin davamında rejissor kürsüsündə əyləşən Todd Phillips keçən il olduğu kimi 14 fevral Sevgililər Günündə də İnstaqramda Joker: Folie à Deux filmindən yeni görüntülər paylaşıb. Lakin qeyd edək ki, film 4 oktyabr 2024-cü ildə ekranlara çıxacaq.

“Sevgililər gününüz mübarək” mesajının diqqət mərkəzində olduğu paylaşımda Joaquin Phoenix-in Joker və Lady Gaga-nın Harley Quinn-i tək kadrda görürük. Təəssüf ki, bundan başqa filmlə bağlı başqa təfərrüatlar verilmir. Deyə bilərik ki, indiyə qədər ortaya çıxan xəbərlər filmi “musikal” kimi qələmə verir.

Günel Məlikzadə