Qətldə şübhəli bilinən biznesmen axtarışa verildi
    • 16-02-2024, 19:04
    • 252

Qətldə şübhəli bilinən biznesmen axtarışa verildi

Rusiyalı iş adamı Mixail Sutyaginski Qazaxıstanda axtarışa verilib. O, qətl təşkil etməkdə şübhəli bilinir.

News24.az Lent.az-a istinadla xəbər verir ki, Sutyaginski Cinayət Məcəlləsinin 99-cu maddəsinin ikinci hissəsi (Tamah məqsədilə törədilmiş adam öldürmə) ilə təqsirli bilinib. 30 yanvar 2024-cü ildə müttəhim qətlin təşkilində şübhəli şəxs kimi tanınıb. Məhkəmə bu şəxs barəsində qiyabi həbs qətimkan tədbiri seçib.

İş adamının axtarışı ilə bağlı məlumat fevralın 12-də Qazaxıstanın xüsusi mühasibat orqanlarının rəsmi portalında yer alıb.