-
- 11-02-2024, 15:07
- 209
Makron Ukraynaya səfərini təxirə salıb
Fransa prezidenti Emmanuel Makron Ukraynaya səfərini təxirə salıb.
News24.az APA-ya istinadla xəbər verir ki, bu barədə Challenges nəşri məlumat yayıb.
Bildirilib ki, Makron Ukrayna səfərini təhlükəsizlik səbəbi ilə təxirə salıb.
Nəşrin yazdığına görə, Fransa prezidentinin bu qərarı ukraynalı diplomatlar üçün gözlənilməz olub. Çünki, Makronun fevralda Ukraynaya səfəri zamanı təhlükəsizlik təminatlarına dair ikitərəfli sazişin imzalanacağını elan edəcəyi gözlənilirdi.